Vaqif Mahmudov: ?Müavinləri birbaza Rəsul Quliyevin göstərizi ilə kənarlazdırmamızam?

img

01-07-2009 [03:07]


Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazovun istefasından sonra onun səlahiyyətlərini icra edən Ali Məclis sədri Vaqif Mahmudov sədr olmaq iddiasını ortaya qoymaq fikrindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən V.Mahmudov Ali Məclisin iclasında sədrliyə namizəldiyini irəli sürəcəyini bildirib: ?Hələlik sədr səlahiyyətlərini yerinə yetirirəm və ola bilsin ki, Ali Məclisin iclasında sədrliyə başqa namizədlər də olsun. O namizədlər Məclisin iclasında müəyyənləşəcəklər. Mən özüm üçün müəyyənləşdirmişəm, proseslərin gedişində qəti qərar elan olunacaq və ola bilər ki, namizədliyimi irəli sürüm?. Qeyd edək ki, V.Mahmudov sədr səlahiyyətlərinin icrasına başlayarkən, sədr müavinləri - Yaqub Abbasov və Fərəməz Cavadovu vəzifələrindən kənarlaşdırdı. Yaqub Abbasov isə ?Vaqif Mahmudov özbaşına məni vəzifədən kənarlaşdıra bilməz. Mənim bildiyimə görə, bu göstəriş Rəsul Quliyevdən gəlib?,- deyib. V.Mahmudov isə mia.az-a açıqlamasında onu da nəzərə çatdırıb ki, sədr səlahiyyətlərini yerinə yetirəndən bəri bütün qərarları özü verib: ?Amma müavinləri Rəsul Quliyevin birbaşa göstərişi ilə kənarlaşdırmamışam. Bilirsiniz ki, Rəsul müəllim özü də bəyan etmişdi ki, onun sədrliyə namizədi yoxdur, ümumiyyətlə,bu kimi məsələlər qarışmır. Bu mənada bu tipli qərarları özüm verirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA