Ədalət Partiyası icazəsiz etiraz aksiyası keçirməkdə tərəddüd edir

img

01-07-2009 [02:12]


Məlum olduğu kimi, Ədalət Partiyası sabah Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında partiyanın sədr müavini Etimad İsmayılova qarşı açılan cinayət işində yol verilən ədalitsizliklə bağlı piket keçirməli idi. Amma Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) partiyanın piketlə bağlı müraciətinə mənfi cavab verdiyindən aksiya təxirə salınıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü aksiyanın təxirə salınmasını normal qarşılayır. Qeyd edək ki, E.Şükürlü aksiyanın iyunun 2-nə təyin olunmasına qarşı çıxmışdı və bildirmişdi ki, aksiyanın polis gününə təyin olunması düzgün deyil. Partiya funksionerinin sözlərinə görə, əvvəlcədən bunu hesablamaq lazım idi: ?Mən ona görə deyirdim ki, polis günündə aksiyanın təyin olunması düzgün deyil. Çünki bəlli idi ki, aksiyanın keçirilməsinə icazə verilməyəcək. Biz də icazəsiz aksiya keçirib asayiş keşikçilərinin bayram günü qanqaraçılığa səbəb olmaq istəmədik?. Növbəti aksiyaya icazə verilməyəcəyi təqdirdə sanksiyalaşdırılmamış aksiyanın keçirilib-keçirilməyəcəyinə gəlincə, E.Şükürlü deyib ki, hələlik bu barədə qəti bir söz demək mümkün deyil. Çünki bu məsələ partiyada müzakirə olunandan sonra hansısa qərar verilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA