Azərbaycan Parlamenti ABŞ Konqresinə müraciət ünvanlayıb

img

30-06-2009 [04:36]


Milli Məclis 2010-cu ildə Dövlət Departamentinin Dağlıq Qarabağa 10 milyon ABŞ dolları məbləğində yardım etməsi barədə qərarından narahatdır. Bu, ABŞ Konqresinə ünvanlanan müraciətdə öz əksini tapıb. Sənəddə həmçinin 907-ci düzəlişin ləğv olunmamasına etiraz edilir. ?Azadlığa Dəstək Aktı?nın 907-ci əlavəsi 1992-ci ildə qəbul olunub. Müraciət parlamentin Beynəlxalq əlaqələr və İqtisadi siyasət komitələrinin iyunun 30-da keçirilən birgə iclasında qəbul olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA