ABŞ səfiri və digər beynəlxalq təzkilatların nümayəndələri Milli Məclisdə müzakirələri dinləyir

img

30-06-2009 [12:32]


Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb. Hazırda deputatlar cari məsələləri müzakirə edirlər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Məclisin bugünkü iclasında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də iştirak edir. Qeyd edək ki, ABŞ səfiri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri də müzakirələri dinləməyə gəliblər. Məlumat üçün bildirək ki, bugünkü iclasda ?Dini etiqad azadlığı haqqında?, ?Qeyri-hökumət təşkilatları haqqında?, ?Kütləvi informasiya vasitələri haqqında? qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq. Xarici ölkə nümayəndələrinin də bu iclasda iştirak etməkdə məqsədləri adları çəkilən qanun layihələrinin müzakirəsi ilə yaxından tanış olmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA