Müsavat deputatlarına partiyanın QHT-lərlə bağlı mövqeyini parlamentdə səsləndirməyi tapzırıb

img

29-06-2009 [06:08]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirə gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Yığıncağın əvvəlində Sülhəddin Əkbər iştirak etdiyi ?Qafqaz enerji təhlükəsizliyi və Türkiyə? mövzusunda İstanbul şəhərində keçirilmiş beynəlxalq konfrans haqqında məlumat verib. İctimai-siyasi vəziyyətlə bağlı bölümdə hakimiyyətin QHT-lər haqqında Qanuna mürtəce dəyişikliklər təklif etməsi və onu Milli Məclisdə qəbul etməyə hazırlaşması haqqında müzakirələr davam etdirilib. Qeyd edilib ki, bu təşəbbüs birbaşa vətəndaş cəmiyyətinin əsas dayaqlarından birinin sıradan çıxarılmasına yönəlib və mübarizə təklif edilən mürtəce dəyişikliklərin yumşaldılması uğrunda yox, ümumiyyətlə, QHT-lərə daha çox azadlıqların verilməsi uğrunda aparılmalıdır. Müsavat Partiyası ?Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsi?nin fəaliyyətinə dəstəyin davam etdirilməsi barədə qərar qəbul edib. Bundan əlavə Müsavat Deputat Qrupunun üzvlərinə həvalə edilib ki, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılarsa, partiyanın mövqeyini bildirsinlər. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA