Hacıbala Abutalıbov deputat Astan Şahverdiyevə mənzil bağızlayıb

img

25-06-2009 [08:13]


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş texnika elmləri doktoru, professor Astan Şahverdiyev Bakının mərkəzində üçotaqlı mənzilə sahib olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) deputatın qohumlarından biri məlumat verib. Millət vəkilinin qohumunun sözlərinə görə, Astan Şahverdiyev yeni mənzillə təmin olunmaq üçün bir müddət əvvəl prezident İlham Əliyevə müraciət edib. Mənbə deyib ki, ölkə başçısı millət vəkilinin arzusunu yerinə yetirib. Prezident Astan Şahverdiyevin yeni mənzillə təmin olunması üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova göstəriş verib. Hacıbala Abutalıbov isə prezidentin göstərişinə uyğun olaraq, Milli Məclisin üzvünə şəhərin mərkəzində üçotaqlı mənzil hədiyyə edib. Qeyd edək ki, 2005-ci il parlament seçkiləri zamanı Astan Şahverdiyevin namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Astan Şahverdiyev Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İordaniya, Azərbaycan-Niderland, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. O, Milli Məclisin ən passiv deputatlarından sayılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA