Müsavat hakimiyyətin ?QHT haqqında? Qanuna etmək istədiyi dəyizikliklərin əleyhinədir

img

16-06-2009 [01:35]


?Hakimiyyətin ?Qeyri-Hökumət Təşkilatları Haqqında Qanun?a etmək istədiyi dəyişikliklər cəmiyyətdə haqlı olaraq böyük etirazla qarşılanıb. Siyasi partiyaların fəaliyyətini mümkün həddə qədər məhdudlaşdıran, azad mətbuatı sıradan çıxartmaq üçün bütün təzyiq və təqib üsullarından yararlanan, hər addımbaşı inanclı insanların heysiyyatı ilə oynayan, ibadət yerlərini müxtəlif bəhanələrlə bağlayan iqtidar indi də qeyri-hökumət sektorunu tamamilə sıradan çıxartmaq və ya özünün itaətkar əlavəsinə çevirmək istəyir. Bu siyasət ölkədə demokratiyanın son işartılarını da söndürmək və faktiki olaraq mütləq diktatura rejiminin qurulmasına yönəlib?. Bu fikirlər Müsavat Partiyasının QHT-lərlə bağlı nəzərdə tutulmuş qanuna əlvəvə və dəyişikliklərə etiaz bəyanatında yer alıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müsavat Partiyası bütün bunlara qarşı özünün kəskin etirazını bildirir və hakimiyyətdən demokratiyanın boğulmasına yönələn və artıq zəncirvari proses halını almış bu iyrənc siyasətə son qoyulmasını tələb edir. Biz, habelə prosesə etiraz etmək üçün yaradılmış QHT koalisiyasının fəaliyyətinə tam dəstək verir və onların etiraz aksiyalarında iştirak edəcəyimizi bəyan edirik. Partiya Azərbaycanda demokratiyanın qurulmasında maraqlı olan dövlətlərə və beynəlxalq qurumlara müraciət edərək onları bu zərərli prosesin dayandırılması üçün öz nüfuzlarından və təsir rıçaqlarından maksimum istifadə etməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA