Qarabağ və Respublika Uğrunda Hərəkatındakı partiyalara qarzı ittiham

img

25-06-2009 [02:22]


[b]Elxan Şükürlü: ?Ordakı partiyaların hamısı Əli Kərimlinin kölgəsində gizləniblər?[/b] ?Hazırda seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması təklifini irəli sürmək yersizdir. Çünki artıq qatar gedib. Məsələ gündəmdə olan vaxtı müxalifət daxili didişmələrlə məşğul olur, komissiyalar formalaşandan sonra təkliflər verməyə başlayırlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib. Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan ALP sədr əvəzi Əvəz Temirxan komissiyaların paritet əsaslarla formalaşdırılması ilə bağlı təklif irəli sürmüşdü. E.Şükürlü bildirib ki, indiki mərhələdə bu təklifi irəli sürmək mənasızdır. Onun sözlərinə görə, müxalifətin pərakəndə şəkildə olduğu bir şəkildə bu ideyanın reallaşması inandırıcı deyil. Ədalət yetkilisi komissiyaların yalnız Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyalar və YAP-dan formalaşdırılması təklifinə etirazını bildirib. Onun sözlərinə görə, müxalifəti monopoliyaya almağa cəhd göstərənlərin özləri müxalif düşərgəni bu vəziyyətə salıb: ?Hamısı özünü ən güclü təşkilat bilirlər, amma sonra məlum olur ki, hamısını hakimiyyət ayrı-ayrılıqda təkləyib sıradan çıxarır. Mən deyərdim ki, Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyalar müxalifəti bu kökə qoyublar. Xalqı öz arxalarınca səsləyiblər, həlledici məqamlarda xalqı meydanda qoyub aradan çıxıblar. Ona görə də xalq artıq onlara inanmır. Əslində o hərəkatda bir müxalif qüvvə var, o da AXCP-dir. Mən deyərdim ki, ordakı partiyaların hamısı Əli Kərimlinin kölgəsində gizləniblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA