isa Qəmbər ABŞ-ın Respublikaçılar institutunun Bakıdakı rəhbəri ilə görüzüb

img

16-06-2009 [03:02]


Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında ABŞ-ın Respublikaçılar İnstitutunun Bakı Ofisinin rəhbəri Ceyk Consla görüşüb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyasının mətbuat xidmətindən daxil olub. Məlumata görə, görüşdə iqtidarın Qeyri Hökumət Təşkilatları, KİV, dini qurumlar və digər sahələrlə bağlı qanunlarda dəyişikliklər təşəbbüsü məsələləri müzakirə olunub. Bundan əlavə, Müsavat başqanı C.Consla qarşıdan gələn bələdiyyə seçkiləri və Respublikaçılar institutu ilə partiya arasındakı əməkdaşlığın davamlı olması ilə bağlı fikir mübadiləsi aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA