KXCP iranda baz verən hadisələrlə bağlı bəyanat yayıb

img

24-06-2009 [03:35]


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İranda yaşanan olaylarla bağlı bəyanat yayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə KXCP mətbuat xidmətindən məlumat daxil olub. Qeyd edək ki, bəyanatda İranda keçirilən prezident seçkisi və seçkidən sonra baş verən olaylar təhlil olunub. KXCP seçkinin İran xalqları, xüsusilə bu günə qədər Azərbaycan milli hərəkatına biganə yanaşan Azərbaycan türkləri üçün dərs olduğunu vurğulayıb: ?Bu soydaşlarımız da gördülər ki, şovinist fars-molla rejimi hətta ona illərlə sədaqətlə xidmət etmiş Mirhüseyn Musəvi kimilərinə də etibar etmir. Seçki bir daha göstərdi ki, nə qədər Mirhüseyn Musəvi kimilər keçmiş səhvlərindən nəticə çıxarıb Güney Azərbaycan Milli Hərəkatı ətrafında birləşib vahid güc mərkəzinə çevrilməyiblər, demokratik mübarizədə heç bir uğur əldə edə bilməyəcəklər?. KXCP Azərbaycan türklərini Güney Azərbaycan Milli Hərəkatını dəstəkləməyə, Güney Azərbaycan türklərini bu hərəkat ətrafında birləşməyə və müstəqil, demokratik Güney Azərbaycan dövlətini yaratmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA