Əvəz Temirxan: ?Azərbaycanda bağlanası bir partiya var, o da YAP-dır?

img

23-06-2009 [03:28]


Yeni Azərbaycan Partiyası(YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun ?Siyasi partiyalar haqqında? Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təklifi narazılıq yaradıb. S.Novruzov deyib ki, fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv olunmalıdır. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan isə S.Novruzovun fikirlərinə münasibət bildirərkən deyib ki, hakimiyyət həm müxalifətdən, həm cəmiyyətdən qorxduğu üçün bu cür addımlar atmağa səy göstərir: ?Siyavuş Novruzovun rəhbərlərinin niyyəti bəllidir. Bizə çoxdan məlum idi ki, hakimiyyət, siyasi partiyaları bağlamaq istəyir. Artıq ilk mesajı verdilər. Əgər söhbət partiyaların bağlanmasından gedirsə, Azərbaycanda bağlanası bir partiya var, o da YAP-dır. Tutduğu mövqeyə, yürütdüyü siyasətə, Azərbaycan xalqına vurduğu zərbəyə görə YAP-ın ləğv olunmalıdır. Əgər söhbət fəaliyyətsizlikdən gedirsə, bu gün partiyaların fəaliyyət göstərməsi üçün heç bir münbit şərait yoxdur. Sizi əmin edirəm ki, əgər Azərbaycanda həqiqətən də demokratik seçki keçirilərsə, Liberal Partiya YAP-dan azı iki dəfə çox səs toplayar. Hesab edirəm ki, ədalətli keçidə YAP-ın elektoral bazası 15 faizdən çox olmazdı?. Ə.Temirxan onu da bildirib ki, bu gün Azərbaycanda demokratlar zəiflədilib. Onun sözlərinə görə, əslində belə bir şəraitdə fəaliyyət göstərirlərsə, deməli, zəif deyillər: ?Bu qədər məhrumiyyətlərə baxmayaraq, müxalifət də, QHT-lər də, mətbuat ayaqda qalıb mübarizəsini davam etdirir. Ancaq hakimiyyət vətəndaş cəmiyyətini bu qədər sıxmaqla özünü zəiflədir. Çünki İran rejimi kimi YAP rejimi də bilir ki, onlar sıxılmış yay üstündə oturublar. İran rejiminin Azərbaycan rejimindən qat-qat yumşaq olmasına baxmayaraq, görürsünüz ki, xalq artıq dözmür. Eyni hadisələr Azərbaycanda da baş verəcək. Siyavuş Novruzovun bu açıqlamaları göstərir ki, Azərbaycan hakimiyətinin yuxarı dairələrində çox böyük əndişələr var. Açığı, mən çox məmnunam ki, Siyavuş Novruzov bu bəyanatı verib, deməli, YAP bizdən qorxur. Yəni, bizimlə başqa cür danışmağı bacarmadığı üçün, indi də bu varinata əl atır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA