Elmira Süleymanova ?QHT-lər haqqında? Qanuna dəyizikliklərin payızda aparılmasını təklif edib

img

23-06-2009 [04:31]


Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndələri ilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanova Azərbaycan Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa Birliyi ilə, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb. Müvəkkil ?İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya?nın Fakültativ Protokolunun respublikamız tərəfindən ratifikasiya olunduğunu, ölkə Prezidentinin müvafiq sərəncamı üzrə bu sənəddə nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində İnsan Hüquqları üzrə Müvəkkilin müəyyən edildiyini vurğulayıb. Ombudsman Avropa ölkələrinin bu sahədə müsbət iş təcrübəsinin öyrənilməsinin əhəmiyyətini qeyd etmişdir. Respublikamızda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təsdiq edildiyi, bu real sənədin insan hüquqlarının müdafiəsi və təmin olunması üçün böyük imkanlar açdığı, müvəkkilin rəhbərlik etdiyi İşçi Qrupunun yaradıldığı, respublikanın bütün regionlarını əhatə etməklə hər bir rayonda ictimai dinləmələrin keçirildiyi də diqqətə çatdırılıb. E.Süleymanova Azərbaycanda media nümayəndələrinin, o cümlədən məhkum jurnalistlərin hüquqlarının təmin olunması vəziyyəti barədə qonaqların sualını cavablandıraraq, bu hüquqların da müdafiəsinin müvəkkilin diqqətində olduğunu vurğulayıb. Bununla əlaqədar monitorinqlər keçirildiyini, Ombudsmanın və əməkdaşlarının məhkum jurnalistlərlə dəfələrlə görüşdüyünü, aidiyyatı orqanlara müraciətlər olunduğunu nəzərə çatdırıb. Məhkum jurnalistlərin əfv olunması ilə bağlı Ombudsmanın əfv komissiyasına müraciət etdiyi, həmin müraciətlər nəzərə alınaraq bir neçə jurnalistin əfv edildiyi bildirilib. Azərbaycan Respublikasının Prezidenti yanında mətbuatın müstəqil, peşəkar fəaliyyəti üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığı, yeni qurumun strukturunun artıq formalaşdırıldığı, qəzetlərə maliyyə yardımları göstəriləcəyi qeyd olunub. Qonaqların ölkə parlamentində müzakirəyə çıxarılan ?Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında? Qanuna dəyişikliklərlə bağlı suallarını cavablandıran müvəkkil dövlətimiz tərəfindən vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm hüquqi islahatlar həyata keçirildiyini, Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının qəbul edildiyini, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradıldığını, dövlət tərəfindən QHT-lərə maliyyə yardımı ayrıldığını bildirib. E.Süleymanova adıçəkilən qanuna nəzərdə tutulmuş dəyişikliklərlə əlaqədar yaranmış problemin həllində kömək göstərilməsi ilə bağlı QHT-lər, o cümlədən Milli QHT Forumu üzvləri tərəfindən ona müraciət olunduğunu qeyd edib. Elmira Suleymanova bildirib ki, o, QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq həmin qanun layihəsinin müzakirəsinin dayandırılması və ya payız sessiyasına qədər təxirə salınması ilə bağlı Milli Məclisə müraciət edib və sənədin müzakirəsi dayandırılıb. COEST nümayəndələrinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə məsul təmsilçisi və digər iştirakçılar Ombudsmana insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyəti ilə bağlı dolğun və əhatəli təqdimatına görə İşçi Qrupu adından təşəkkürünü bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA