AiDP sədri müxalifətin forumunun baz tutmamasını liderlərin ambisiyası ilə əlaqələndirir

img

16-06-2009 [11:21]


?Əvvəlcə həmin təklifin mənfi və müsbət tərəfləri ortaya qoyulmalıdır. Digər tərəfdən müxalifətin düşdüyü durum bu məsələnin müzakirə olunmasını vacib edir. Sirr deyil ki, son illər həm müxalifət düşərgəsində, həm də bütövlükdə cəmiyyətdə aktivlik çox aşağı düşüb, müqavimət zəifləyib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı Demokratiya Uğrunda İttifaqın müxalifətin ümumi forumunun keçirilməsi təklifinə münasibət bildirərkən deyib. Təklifin reallaşıb-reallaşmayacağına gəlincə, T.Abbaslı hesab edib ki, köhnə metodlardan istifadə olunsa forum baş tutsa da onun nəticəsi olmayacaq: ?Xatırlayırsınızsa bir neçə il öncə belə bir forum keçirilmişdi. Amma müəyyən səbəblər ucbatından müxalifətin əməkdaşlığı baş tutmadı. Onu da nəzərinizə çatdırım ki, ilk dəfə bu təkliflə biz çıxış etmişdik. Amma çox təssüf ki, eyni səbəblərdən dolayı bu təklif reallaşmadı. Təəssüf ki, bizdə hamı özü böyük olmaq istəyir və xüsusilə də liderlərin bu iddiası sonda ağır bir zərbəyə çevrilir. Fikrimcə, bu dəfə də belə olsa istənilən əməkdaşlıq nəticəsiz qalacaq?. AİDP sədrinin fikrincə, müxalifətin ən ciddi problemi məhz keçmiş metodlarla, keçmiş arzu və istəklərlə hərəkət etməsidir: ?Çox təəssüf ki, bizdə iqtidar və müxalifətin mübarizəsi özündə Rusiya ilə ABŞ-ın bir-birinə müxalifətçiliyini əks etdirir. Amma əksinə bu günün tələbi vətəndaşların ən vacib məsələlərdən agah olması ilə bərabər cəmiyyətin siyasi cəhətdən maariflənməsinin təşkili məsələdir. Biz cəmiyyəti laqeydlikdən xilas etməliyik. Bunun üçün də ilk növbədə müxalifət özü laqeydlikdən, böyüklük iddiasından, acıdillikdən əl çəkməlidir. Ürək genişliyi nümayiş etdirib, hamıya ədalətli yanaşmaq lazımdır. Əks təqdirdə səsləndirilən təklif həyata keçməyəcək?. AİDP-nin bu prosesə qoşulub-qoşulmayacağına gəlincə, T.Abbaslı bildirib ki, təklif olarsa prosesə qoşulacaqlar və forumda iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA