YAP-çı deputat komissiyaların paritet əsaslarla formalazdırılmasına ehtiyac görmür

img

22-06-2009 [02:56]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşmaqla yanaşı, seçki komissiyalarının partitet əsaslarla formalaşdırılması istiqamətində mübarizə aparacaq. Hərəkat nümayəndələri tələb edirlər ki, komissiyalar Yeni Azərbaycan Partiyası (YAP) ilə Vətəndaş Hərəkatındakı partiyalardan təşkil olunmalıdır. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən YAP-ın Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə isə deyib ki, onlar təkliflərini parlamentə göndərsinlər, müvafiq komissiyada baxılacaq: ?Şəxsən mənim bu məsələyə münasibətim müsbət deyil. Ona görə ki, paritet deyəndə nəyin nəzərdə tutulduğu başa düşülmür. Tutalım, bu gün müəyyənləşdirildi ki, Qarabağ və Respublika Uğrunda Hərəkatla Yeni Azərbaycan Partiyasından ibarət seçki komissiyaları formalaşdırılsın. Axı, parlamentdə təmsil olunan partiyalar var və belə olan təqdirdə onlar necə olacaq? Bax, bu suala cavab yoxdur. Yaxud nəyə görə müxalifət ancaq adıçəkilən hərəkat hesab olunmalıdır? Həmin təşkilatdan kənarda az da olsa, proseslərə təsir edən müxalifət qüvvələri də var. Yəni, paritet anlayışı bir qədər başa düşülən deyil?. A.Mirzəzadə müxalifətin bələdiyyə seçkilərinə hazırlığının da zəif olduğunu nəzərə çatdırıb: ?Düzü, onların bələdiyyə seçkilərinə hazırlaşdıqları hiss olunmur. Nə nəzəri, nə də praktiki hazırlıq işlər aparılmır. Təəssüf ki, bizim opponentlərimiz seçkilərdən heç bir nəticə çıxara bilmirlər. Bu isə demokratiyanın tərkib hissəsi olan müxalifətin öz vəzifəsinə ehtinasız yanaşmasından irəli gəlir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA