Pənah Hüseyn: ?Oqtay müəllim, siz burdakı adamların çoxundan demokratsınız?

img

19-06-2009 [02:08]


Milli Məclisin bugünkü iclasında ?Təhsil haqqında? Qanun layihəsi üçüncü oxunuşda müzakirə olunarkən maraqlı vəziyyət yaranıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin çıxışından sonra Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn sual vermək üçün parlament rəhbərliyinə müraciət edib. Spiker Oqtay Əsədov isə əvvəlki günlərdən fərqli olaraq, P.Nüseynə şərait yaradıb. Pənah Hüseyn isə ?Oqtay müəllim, siz burdakı adamların çoxundan demokratsınız?, - deyib. ?Təhsil haqqında? Qanuna gəldikdə isə deputat layihədə bir sıra məqamlarda səthiliyə yol verildiyini bildirib. Onun sözlərinə görə, layihədə də öz əksini tapan bəzi məsələlər narahatlıq doğurur, onlara aylınlıq gətirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA