isa Qəmbər Nelson Ledskinin vəfatı ilə əlaqədar Amerika xalqına bazsağlığı verib

img

20-06-2009 [05:53]


Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Divanı ABŞ-ın tanınmış ictimai-siyasi xadimi Nelson Ledski uzun sürən xəstəlikdən sonra vəfat etməsi ilə bağlı Amerika xalqına başsağlığı verib. ?Cənab Ledski hər zaman Azərbaycan xalqının demokratiyaya hazır, qadir və layiq bir xalq olduğunu bəyan edən bir dost kimi xatirimizdə yaşayacaq. Biz, Müsavat Partiyası olaraq Nelson Ledskinin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, yaxınlarına, MDİ əməkdaşlarına, demokratiyanı sevən və dəstəkləyən hər kəsə, bütövlükdə Amerika xalqına dərin hüznlə başsağlığı veririk?. Qeyd edək ki, N.Ledski vaxtilə Amerika prezidenti C. Karterin Kipr danışıqları üzrə xüsusi təmsilçisi olub. Daha sonra o, R.Reyqan administrasiyasının Almaniyanın birləşməsi üzrə Sovet rəhbərliyi ilə apardığı danışıqlarda əsas fiqurlardan biri olub. Sonrakı illərdə ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya Proqramlarının direktoru vəzifəsində çalışan N. Ledski dünyada demokratiyanı müdafiə edən, keçmiş SSRİ və Şərqi Avropa dövlətlərində demokratiyanın bərqərar olmasında və davamlı inkişaf etməsində maraqlı olan peşəkar siyasətçilərdən biri idi. Cənab Ledski dünyada demokratiyanın inkişafını və yayılmasını ABŞ-ın prioritet milli maraqlarından biri hesab edirdi. Təsadüfi deyil ki, cənab Ledski Azərbaycanda da demokratiyanın inkişaf etməsi üçün böyük əmək sərf edib. Tanrı ruhunu şad etsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA