Qulamhüseyn Əlibəyli QHT-lərlə bağlı dəyizikliklərdən narazıdır

img

20-06-2009 [02:58]


?Mən də ?Qeyri Hökumət Təşkilatları haqqında? Qanuna nəzərdə tutulan əlavə və dəyişikliklərin əleyhinəyəm. Hesab edirəm ki, qanunun bu şəkildə dəyişdirilməsi demokratik prinsipləri pozur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli QHT-lərlə bağlı qanuna dəyişiklik edilməsinə münasibət bildirərkən deyib. Q.Əlibəyli hesab edir ki, hakimiyyət bu cür dəyişikliklərə getməklə bütün QHT sektorunun nəzarəti altına almaq istəyir: ?Bildiyiniz kimi, üçüncü sektor sayılan QHT-lər müxtəlif sahələr üzrə fəaliyyət göstərirlər. Müstəqil QHT-lərin fəaliyytinə isə hakimiyyət nəzarət edə bilmirdi. Ona görə də qanuna belə bir dəyişikliklər etməklə, digər sahələrdə olduğu kimi, QHT-ləri də nəzarətə götürmək istəyirlər. Onu da nəzərə çatdırım ki, bu dəyişikliklə həm QHT-lərin fəaliyyətinə, həm maliyyələşməsinə, həm də yeni QHT-lərin yaradılmasına mane olacaq. Bu mənada təklif olunan qanun dəyişikliklərini doğru hesab etmirəm?. Q.Əlibəyli onu da vurğulayıb ki, bu dəyişikliklər beynəlxalq birlik tərəfindən də müsbət qarşılanmayacaq. Onun sözlərinə görə, artıq Avropa Şurası, ATƏT məsələylə bağlı ilkin narazılığını bildirib. Bu səbəbdən də ?Aydınlar? sədri hesab edir ki, hakimiyyət bu dəyişikliklərə getməməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA