?Ayaz Mütəllibov belə hörmətsiz münasibətə layiq adam deyil?

img

18-06-2009 [03:52]


Eks-prezident Ayaz Mütəllibov Azərbaycana qayıdışının təmin olunması üçün ölkə başçısı İlham Əliyevə məktub göndərib. Əksər müxalifət nümayəndələri isə eks-prezidentin bu müraciətinin əhəmiyyətsiz olduğunu düşünür. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli öncə Mütəllibova qarşı sərgilənən münasibətin düzgün olmadığını deyib: ?Ayaz Mütəllibov belə hörmətsiz münasibətə layiq adam deyil. Ən azı ona görə ki, o, Azərbaycanın ilk prezidenti olub və istənilən xalq, səbəbindən aslı olmayaraq, prezident kürsüsünü tapşırmış insana hörmətlə yanaşmağa məcburdur. Çünki prezidentlik institutu xalqın simasını müəyyən edən əsas təsisatlardan biridir. Ona görə də hesab edirəm ki, prezident statusu daşmış bir adama bu cür münasibət göstərmək Azərbaycan hakimiyyətinin totalitar idarəçiliyindən irəli gəlir. Bu da tamamiylə yolverilməzdir?. AXCP yetkilisi deyib ki, Ayaz Mütəllibovun jestlərini yaşlı bir adamın öz vətəninə qayıdışı ilə bağlı normal hesab etsə də, hakimiyyətin ona rəhmi gələcəyini təsəvvür etmir. Bu mənada N.Məmmədli siyasi baxımdan Mütəllibovun bu hərəkətlərini təqdir etmədiyini də vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA