YAP-çı deputat Avropa Şurasının hakimiyyətə yönələn etirazını qəbul etmir

img

17-06-2009 [02:11]


Avropa Şurası Nazirlər Kabinetinin sədri, Samuel Zqobar, AŞ baş katibi Terri Devis və AŞ PA-nın prezidenti Luis Maria de Puç Azərbaycan hakimiyyətini QHT-lərlə bağlı dəyişikliklərə getməməyə çağırıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü Aydın Mirzəzadə hesab edir ki, Avropa Şurası sözügedən qanun dəyişikliklərindən tam məlumatlı deyil. Onun sözlərinə görə, Avropa Şurasının belə bir mövqe sərgiləməsi Azərbaycanın QHT sahəsindəki vəziyyətlə əhatəli məlumatın olmamsı ilə bağlıdır: ?Təəssüf ki, Avropa Şurasında belə bir praktika var ki, ayrı-ayrı ölkələrdən gələn müraciətlərin əsasında müəyyən bir fikir formalaşır. Yəni 10 QHT müraciət göndərirsə, onun əsasında qərar qəbul edir. Tutaq ki, min QHT bundan razıdırsa və bundan Avropa Şurasına heç bir müraciət etmirsə, onun mövqeyi araşdırılmır. Belə də isə həmin dəyişikliklər nə QHT-lərin azadlığını məhdudlaşdırır, nə onların fəaliyətinə problem yaradır. Sadəcə olaraq, QHT-lərin fəaliyyətini tənzimləyir. Məgər QHT-nin dövlət qeydiyyatından keçməsi onun fəaliyyətini məhdudlaşdırırmı? Bu gün narazılıq edənlər əsasən dövlət qeydiyyatından keçmək istəməyənlərdir. Özünü dövlətdən kənarda qoyan, hesabat vermək istəməyən QHT-lərdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA