Müsavat ?Təhsil haqqında? Qanunun hakimiyyətdaxili qrupların marağına xidmət etdiyini bildirir

img

22-06-2009 [07:41]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Gündəlik qərarların icrası, görülən işlər, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müzakirələrdə Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü münasibətilə iyun ayının 24-də saat 11-də Fəxri Xiyabanda onun müqəddəs məzarının ziyarət edilməsi qərara alınıb. Müsavat Partiyasının Divanı QHT, KİV və Dini qurumlar haqqında qanunlara edilməsi nəzərdə tutulan antidemokratik və mürtəce əlavə və dəyişikliklərə etiraz məqsədilə yaradılmış Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin təşkil etdiyi tədbirləri dəstəklədiyini bildirir. Divan Qanunun bu şəkildə qəbul ediləcəyi təqdirdə bütün demokratik qüvvələrin hərəkat formasında birləşərək birgə mübarizə aparmalı olduğunu və bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsini məqsədəuyğun hesab edir. Divan hakimiyyətin əlavə və dəyişikliklərdə kosmetik dəyişikliklər etməklə onun qəbuluna yenidən cəhd edəcəyindən xəbərdar edir və hamını diqqətli olmağa çağırır, hakimiyyətdən isə əsas insan azadlıqlarına hörmətlə yanaşmağı və bu azadlıqların məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərdən əl çəkməyi tələb edir. Toplantıda, 1994-cü ildən davam edən səylər nəticəsində ortaya qoyulan və nəhayət qəbul edilən Təhsil Qanununun təhsilin keyfiyyətinin və səviyyəsinin artırılmasına deyil, hakimiyyətdaxili müxtəlif qrupların mövqelərinin və imkanlarının güclənməsinə xidmət etdiyi xüsusi qeyd olunub. Qəbul edilmiş Təhsil Qanununun necə tətbiq ediləcəyinin bariz nümunəsi bu il orta məktəblərdə keçirilən buraxılış imtahanlarında aydın görünüb. Divan qonşu İran dövlətində keçirilən son Prezident seçkilərinin nəticəsindən narazılıqlarını bildirənlərə divan tutulmasını, dinc nümayişçilərin gülləbaran edilməsini, yüzlərlə insanın həbs edilməsini, öldürülməsini, yaralanmasını, ölkədə kütləvi informasiya vasitələrinə qadağalar qoyulmasını və söz azadlığının boğulmasını insan haqlarının pozulması hesab edir və bu cür halların aradan qaldırılmasını tələb edir. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA