Mahmud Əhmədinejad növbəti dəfə iran prezidenti seçilib

img

13-06-2009 [01:26]


[b]Tehranda Musəvinin tərəfdarları ilə polis arasında qarşıdurmanın baş verdiyi bildirilir[/b] İranda keçirilən prezident seçkiləri başa çatıb. Seçki məntəqələrinin əsas hissəsinin nəticələri məlumdur. Hazırda səslərin hesablanması prosesi davam edir. Iranın Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, prezidentliyə namizədlərdən Mahmud Əhmədinejad hesablanmış səslərdən 64.78 faizini qazanıb. Məlumata əsasən, seçki qutularının 81 faizi artıq hesablanıb. 45 min 713 seçki məntəqəsindən artıq 37 430 səsvermə məntəqəsinin nəticələri də MSK tərəfindən hesablanıb. Səsi sayılan seçicilərin hazırkı sayı 30506422-dir. Növbəti yerlərdə isə 32.26 faiz səslə Mir Hüseyn Musəvi (9 841 056 səs), 2.08 faizlə Möhsün Rezayi (632 608 səs), 0.88 faizlə Mehdi Kərrubi (270 885 səs) qərarlaşıb. Qeyd edək ki, Musəvm nətigələrlə razılaşmayaraq, seçkinin saxtalaşdırıldığını bəyan edib. Onun saxtakarlığın olması ilə bağlı İranın dini lideri Ayatulla Əli Xameneyiyə müraciət etdiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA