Elmar Məmmədyarov: "Danızıqları ilin sonuna qədər davam etdirib nəticə əldə etsək, bu, xoz xəbər olacaq"

img

23-06-2009 [01:24]


?Çox istərdik ilin sonuna kimi Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllində hər hansı razılıq əldə olunsun və sənəd imzalansın?. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Serbiyanın xarici işlər naziri Vuk Yeremiçinlə birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib, bu ilin sonuna kimi razılığın əldə olunması yalnız Azərbaycandan asılı deyil: ?İstəyirik danışıqları genişləndirək, davam etdirək. İlin sonuna qədər çatdırıb nəticə əldə etsək, bu, xoş xəbər olacaq. Olmasa, danışıqlar davam etdirilməlidir ?. E.Məmmədyarovun sözlərinə görə, iyunun 26-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-in Mins qrupunun üç həmsədri ilə görüş keçirəcək: ?Paris görüşü prezidentlərin apardığı Sankt-Peterburq danışıqlarının davamı olacaq. Prezidentlər danışıqların hansı istiqamətdə davam etdirilməsi barədə tapşırıq veriblər. Müzakirələr həmin tapşırığa uyğun aparılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA