ABŞ Özbəkistanda hərbi baza yerləzdirmək istəyir

img

10-06-2009 [02:22]


Vaşinqtonla Daşkənd arasında Özbəkistanda Amerika hərbi bazasının açılması ilə bağlı danışıqlar aparılır. Bu barədə Rusiyanın ?Nezavisimaya qazeta? qəzeti yazıb. ABŞ bu yaxınlarda Özbəkistan rəhbərliyinə öz ərazisində hərb baza yerləşdirməyi təklif edib. Bu barədə beynəlxalq əlaqələr üzrə Amerika Şurasının üzvü, Yelst universitetinin beynəlxalq təhlüəsizlik sahəsində tədqiqatlar üzrə direktoru Ceffri Mankoff bildirib. ABŞ bu versiyaya Qırğızıstandakı ?Manas? bazasına alternativ olaraq baxır. Qeyd edək, hələlik ABŞ hərbi qüvvələrinin Əfqanıstana göndərilməsində Qırğızıstanın "Manas" bazasından istifadə olunur. Bu baza avqustda bağlanarsa, Əfqanıstana aparan marşrut Özbəkistan ərazisindən keçə bilər. Rəsmi Vaşinqton Özbəkistanla bu ölkənin "Navoi" hava limanında və digər aeroportlarından kommersiya əsaslarında istifadə barədə razılığa gəlib. Lakin bu hava limanları vasitəsilə hərbi təyinatlı yüklər daşınmayacaq. Bu barədə ANS-ə açıqlamasında ABŞ-ın Özbəkistandakı səfirliyinin sözçüsü Facerdo Karol məlumat verib. Özbəkistanın nə "Navoi" hava limanı, nə də digər aerodromları hərbi məqsədlər üçün istifadə olunmayacaq. Birləşmiş Ştatlarla Özbəkistan arasında əldə olnumuş müqavilə yalnız kommersiya məqsədi daşıyır". Qeyd edək ki, Birləşmiş Ştatların Əfqanıstana yükdaşımada istifadə edə biləcəyi digər marşrut Azərbaycan ərazisindən keçə bilər. Bir müddət öncə bu məsələ Bakıda bir sıra ölkələrin, o cümlədən Birləşmiş Ştatların nümayəndələrinin iştirakı ilə müzakirə edilmişdi. Xatırladaq ki, 2001-ci ildə Özbəkistanın Karşi-Xanabad aerodromu SSRİ ərazisində Amerika qoşunları üçün istifadə olunan ilk ərazi olub. Lakin dörd il əvvəl Əndican hadisələrindən sonra Vaşinqton və Daşkənd arasındakı əlaqələrdə yaranan gərginliklə bağlı Pentaqon qoşunları Xanabaddan Əfqanıstandakı "Bahram" və Qırğızıstandakı "Manas" hərbi bazasına köçürdü. 2009-cu ilin fevralında isə Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Amerika hərbi qüvvələrinin bu ölkədəki "Manas" bazasından çıxarılması ilə bağlı qərar verib. Qərara əsasən hərbi qüvvələr Qırğızıstan ərazisindən avqust ayına qədər çıxarılmalıdır. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA