isveç ermənilərin qondarma soyqırım iddialarına yenə "yox" cavabı verdi

img

09-06-2009 [11:04]


Isveçin xarici işlər naziri Karl Bildt, Liberal Xalq Partiyasından olan millət vəkili Sesilya Vikströmün qondarma erməni soyqırımı ilə bağlı yazılı sorğu təklifini rədd edib. Bu barədə CNN Türk məlumat yayıb. ?Tarixi hadisələrin gedişatını dəyişdirə biləcək qərarlar vermək siyasətçilərin vəzifəsi deyil?, deyə İsveç XİN rəhbəri bəyan edib. K. Bildtin sözlərinə görə, erməni iddialarına ?soyqırım? deyilməsi tarixi hadisələrin anlaşılmasını zorlaşdıracaq. O, "soyqırım" ifadəsinin işlədiləcəyi təqdirdə hadisələrin anlaşıla bilməsi üçün çalışan qrupların çətinlik çəkəcəyini qeyd edib. Qeyd edək ki, İsveç parlamenti daha öncə də ?erməni soyqırımını?ının İsveç tərəfindən rəsmi tanınması üçün qanun layihəsi təklifi ilə qarşı-qarşıya qalsa da qanun layihəsi parlamentdə rədd edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA