Konqres Azərbaycana dair ?Cekson-Venik düzəlizi?ni ləğv etmək istəyir

img

05-06-2009 [11:41]


ABŞ Konqresi Nümayəndələr Palatasının Avropa üzrə Alt Komitəsinin sədri və Xarici Əlaqələr Komitəsinin üzvü Robert Veksler və Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Bil Şuster Cekson-Venik düzəlişinin Azərbaycana münasibətdə ləğvini nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Konqresmenlər hesab edirlər ki, ABŞ-ın strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycan çoxdan emiqrasiya azadlığı tələblərinə dair öz öhdəliklərini yerinə yetirib. 1974-cü il ABŞ Ticarət Aktına əlavə edilmiş Cekson-Venik düzəlişi emiqrasiya hüquqlarını məhdudlaşdıran müəyyən ölkələrə münasibətdə ən əlverişli ticarət rejiminin tətbiqini qadağan edir. Veksler deyib: ?Mən ABŞ-ın Qafqazda ən vacib strateji müttəfiqlərindən biri olan, emiqrasiya azadlığı tələblərinə uyğun bütün öhdəlikləri yerinə yetirmiş və bu öhdəliklərin yerinə yetirilməsini davam etdirən Azərbaycana dair Cekson-Venik düzəlişinin ləğvini tam dəstəkləyirəm. Bu qanun layihəsinin qəbul olunması Amerikanın Azərbaycanla enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizədə, digər sahələrdəki əməkdaşlığın gücləndirilməsi niyyəti haqda mühüm mesaj olacaqdır?. Şuster Azərbaycanın terrorizmə qarşı mübarizədə əvəzsiz müttəfiq olduğunu vurğulayıb: ?Azərbaycanın şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəd olması onu əsas strateji müttəfiq edir. Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir və Qafqazda ticarət tərəfdaşı kimi mühüm rolu oynamaqda davam edəcək. Bu qanun layihəsi münasibətlərimizin inkişafı üçün vacibdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA