Rumıniyanın dövlət katibi Boqdan Auresku Azərbaycana gəlir

img

05-06-2009 [11:17]


Rumıniya Xarici İşlər Nazirliyinin strateji işlər üzrə dövlət katibi Boqdan Auresku iyunun 8-11-də Azərbaycanda işğüzar səfərdə olacaq. Rumıniyanın Bakıdakı səfirliyindən bildirilib, səfərin proqramına Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər daxildir. B.Auresku iyunun 9-da Azərbaycan-NATO Beynəlxalq məktəbində ?Şimali Atlantika Alyansının XXI əsrdə rolu? mövzusunda məruzə ilə çıxış edəcək. İyunun 10-da Şimali Atlantika Tərəfdaşlığı Şurasının Bakıda keçiriləcək ?Enerji təhlükəsizliyi: təhdidlər və perspektivlər? mövzusunda seminarda əsas məruzəçi olacaq. B.Aureskunun Bakıya qarşıdakı səfəri Azərbaycan-Rumıniya münasibətlərinin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə yüksək səviyyədə olduğunu bir daha vurğulayır. Səfər zamanı NATO-nun ?Sülh naminə tərəfdaşlıq? proqramı, Avropanın təhlükəsizliyi, enerji təhlükəsizliyi və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak kimi qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA