lham Əliyev Dmitri Medvedevlə Sankt-Peterqburqda görüzdü

img

04-06-2009 [10:25]


Rusiya prezidenti Dmitri Medvedev Sankt-Peterqburqda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib. ANS PRESS-in "İtar-tass"a istinadən verdiyi xəbərə görə, görüş zamanı Medvedev bildirib ki, Sankt-Peterburq forumu həm ikitərəfli, həm də regional və beynəlxalq problemlərin müzakirəsi üçün yaxşı imkan yaradır. Rusiya lideri həmçinin Azərbaycanda rus dilinin tədris edilməsi işində göstərilən dəstəyə görə İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. Öz növbəsində Azərbaycan prezidenti rusiyalı həmkarı ilə geniş məsələlər üzrə müzakirələrin davam etdirilməsi üçün belə bir imkanın yaradılmasından razı qaldığını bildirib. Onun sözlərinə görə, ikitərəfli münasibətlər intensiv və geniş xarakterlidir. "Azərbaycan Rusiya ilə bütün istiqamətlərdə əlaqələrdən razıdır", - deyə Azərbaycan prezidenti qeyd edib. Bilavasitə iqtisadi məsələlərə toxunan İlham Əliyev dünya maliyyə böhranının iki ölkə arasındakı mal dövriyyəsinə xələl gətirməyəcəyinə ümid etdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA