ABŞ prezidenti Barak Obama Qahirə Universitetində çıxız edib

img

04-06-2009 [02:53]


Yaxın Şərqə səfər edən ABŞ prezidenti Barak Obama Misir paytaxtı Qahirəyə gəlib. Burada Obamanın Qahirə Universtitetində çoxdan gözlənilən çıxışı baş tutub. 45 dəqiqə çəkən çıxışda Obama müsəlman dünyası ilə Amerikanın münasibətlərini yaxşılaşdırılmasından danışıb. Obama deyib ki, ?Amerikanın müsəlman dünyası ilə münasibətləri bir gecədə dəyişə bilməz.? Amma ?amerikalılarla müsəlmanlar arsında qarşılıqlı inamsızlıq və şübhələrə son qoyulmalıdır. ? ?Ümumi işlər Amerika ilə müsəlmanları bir araya gətirməlidir. ? ?İslamın neqativ stereotipləri ilə mübarizə aparmaq lazımdır?. Qahirə Universitetindəki çıxışı zamanı ABŞ Prezidenti Barak Obama bildirib ki, bir ölkə başçısı kimi o, Qərbdə İslamın yanlış başa düşülməsinə qarşı mübarizə aparacaq. "Biz mədəniyyətə, böyük sivilizasiyaya, musiqiyə, şairlərinə və mütəfəkkirlərinə görə İslama borcluyuq. Biz İslama qara yaxan eksperimistlərə qarşı mübarizə aparmalıyıq", - deyə Obama Qahirə Universitetində çıxış edərkən bildirib. Çıxışı zamanı ABŞ prezidenti İsrail-Fələstin münaqişəsi, nüvə silahının yayılması qarşısının alınması, İranla bağlı məqamlara da toxunub. Obama deyib ki, ?ABŞ İranla münasibətlərdə qabağa addım atmağa hazırlaşır ki, İranla öz arasındakı on illərlə davam edən inamsızlığı aradan qaldırsın?. O deyib ki, nüvə proqramı ətrafında İranla qarşıdurma həlledici məqama çatıb, ancaq beynəlxalq müqavilələrə əməl etsə, İranın dinc nüvəyə ixtiyarı var. ABŞ prezidenti deyib ki, İsrail-Fələstin münaqişəsində tərəflər öhdəliklərə əməl eləməlidir: "Fələstin tərəfi zorakılığı pisləməli, Həmas İsrailin mövcudluq haqqını tanımalıdır. İsrail isə İordan çayının qərb sahilində məskunlaşmanı dayandırmalıdır." Obamanın sözlərinə görə, Amerikanın İsraillə münasibətləri qırılmaz xarakter daşıyır: "Amma Fələstin xalqının da vəziyyəti dözülməzdir." ?İraqdakı hadisələr Amerikaya xatırlatdı ki, problemləri həll etmək üçün diplomatiyadan istifadə olunmalıdır və qarşılıqlı razılıq olmalıdır?- deyə ABŞ prezidenti vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA