Brüsseldə ?Azərbaycanın Avropa və Avroatlantika məkanına inteqrasiyası ? gələcək tendensiya və perspektivlər? adlı konfrans keçirilib

img

02-06-2009 [03:46]


Iyunun 2-də Brüsseldə ?Azərbaycanın Avropa və Avroatlantika məkanına inteqrasiyası ? gələcək tendensiya və perspektivlər? adlı elmi-praktiki konfrans keçirilib. Azərbaycanın diplomatiyasının 90 illik yubileyinə həsr edilmiş konfrans Azərbaycanın Avropa İttifaqı yanında missiyası və NATO yanında nümayəndəliyinin dəstəyi ilə Strateji Araşdırmalar İnstitutu tərəfindən təşkil edilib. Bu barədə məluat Müstəqil İnformasiya Agentliyinə Azərbaycanının Belçika Krallığındakı Səfirliyinin mətbuat xidmətindən daxil olub. Məlumata görə, konfransın birinci hissəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa İttifaqının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə Komissarının kabinet üzvü Emma Udvin və Avropa Siyasi Mərkəzinin aparıcı elmi işçisi Amanda Akcakoca çıxış ediblər. İkinci hissədə A.Əzimov, NATO Baş katibinin köməkçisi Jan-Fransua Büro, Rumıniyanın NATO yanında daimi nümayəndəsi Sorin Dukaru və NATO-nun Beynəlxaqlq Hərbi Qəraragahının direktor müavini, general-mayor Corc Lebel çıxış edib. Məruzəçilər müasir geostrateji şəraitdə Azərbaycanın mövqeyinin əhəmiyyətini qeyd etmiş, Azərbaycan rəhbərliyinin həyatın müxtəlif sahələrininin modernləşdirilməsi üçün bir çox starteji islahatların həyata keçirilməsi ilə bağlı məqsədyonlü fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin, regional əməkdaşlığın və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu layihələrinin həyata keçirilməsi nəticəsində əldə olunmuş inkişafa konstruktiv töhfələrini xüsusi qeyd etmişlər. Fəal diskussiyalar zamanı Azərbaycanın Avropa və Avroatlantika məkanına gələcək inteqrasiyası, ölkəmizin Avropa İttifaqı və NATO ilə praktiki əməkdaşlığının, ilk növbədə münaqişlərin həlli, təhlükəsizlik və sabitliyin təmin edilməsi, iqtisadiyyat, ticarət, nəqliyyat və energetikanın inkişafı kimi prioritet istiqamətlərin dərinləşdirilməsi yolları müsakirə edilmişdir. Konfransın işində Avropa İttifaqı və NATO strukturlarının yüksək vəzifəli nümayəndələri, Brüsseldə fəaliyyət göstərərn aparıcı elmi-araşdırma mərkəzlərinin ekspertləri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və KİV nümayəndələri iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA