Ermənistanın Baz Prokurorluğu seçkilərin nəticələrinin təkrar sayılmasını tələb edib

img

01-06-2009 [05:14]


Ermənistan Baş Prokurorluğu respublikanın Mərkəzi Seçki Komitəsindən səkkiz seçki məntəqəsində İrəvan meriyasına seçkilər üzrə səsvermənin nəticələrinin təkrar sayılmasını tələb edib. "İnterfaks"in verdiyi xəbərə görə, bu seçki məntəqələrində pozuntular barədə məlumat KİV-də elan olunub. Respublikanın baş prokuroru Aqvan Ovsepyan bir sıra hallara dair cinayət işinin qaldırılması barədə göstəriş verib. İrəvan Ağsaqqallar Şurasına seçki ilk dəfə 31 may tarixində baş tutub. Rəsmi məlumatlara görə bu seçkidə Ermənistanın hakim Respublika Partiyası qələbə qazanıb. Yeni qanuna əsasən, seçkidə qalib gələn partiyanın siyahısındakı birinci şəxs İrəvan meri olacaq. Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası İrəvan şəhər meri postu uğrunda aparılan seçkinin ilkin nəticələrini açıqlayıb. Məlumatda bildirilir ki, bülletenlərin artıq böyük bir hissəsi yoxlanılıb və bu nəticələrə görə Ermənistanda hakimiyyətdə olan Respublika Partiyası liderlik edir. İkinci yerdə isə "Çiçəklənən Ermənistan" partiyası qərarlaşıb. Bir çox ekspertlər tərəfindən seçkidə qalib gələcəyi ehtimal olunan müxalifəti təmsil edən yeganə seçki bloku olan Ermənistan Milli Konqresi isə hələlik üçüncü yerdədir. Əgər seçkinin yekun nəticələrinə görə, hakim Respublika Partiyasının qalib gəldiyi təsdiqlənərsə, onda İrəvan meri elə hazırkı meri Qaqik Beqlaryan olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA