?Şərq Tərəfdazlığı Proqramına Dəstək? QHT Koalisiyası fəaliyyətə bazlayır

img

30-05-2009 [06:15]


Avropa İttifaqının təşəbbüsü ilə 27 üzv dövlət və 6 keçmiş sovet respublikası - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus arasında Praqa şəhərində imzalanmış Şərq Tərəfdaşlığı Proqramına dəstək məqsədi ilə Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı - Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Yayımların Monitorinqi Mərkəzi, Azərbaycan Avropa Hərəkatı, Bakı Dirçəliş İctimai Birliyi, Azərbaycan Demokratlar Birliyi və Vətəndaş Cəmiyyəti İnstitutu may ayının 29-da bir araya gələrək ?Şərq Tərəfdaşlığı Proqramına Dəstək? QHT Koalisiyasının təsis olunması üçün Təşəbbüs Qrupu yaradıblar. Təşəbbüs Qrupuna Vətəndaş Cəmiyyəti İnstitutunun direktoru Taleh Əliyev sədr seçilib. Yaradılacaq yeni koalisiya Şərq Tərəfdaşlığı Proqramı haqqında Azərbaycan vətəndaşları arasında maarifləndirmə işi aparacaq, Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinin monitorinqini aparmaqla yanaşı, həyata keçirilməsinə də dəstək olacaq və bu prosesə daha çox vətəndaş cəmiyyəti təmsilçilərinin qoşulmasına çalışacaq. Taleh Əliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, koalisiyanı təqdimatı iyunun 5-də keçiriləcək. Tədbirə tanınmış ictimai xadimlər, QHT nümayəndələri də qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA