28 May- Respublika günü və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 91-ci ildönümü Britaniyada qeyd olunub

img

29-05-2009 [03:25]


28 May- Respublika günü və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 91-ci ildönümü ilə bağlı Britaniyada səfirlik tərəfindən Royal Garden mehmanxanasında rəsmi qəbul keçirilib. Qəbulda Britaniyanın hökumət qurumlarının nümayəndələri, Londonda akkreditə olunmuş səfirlər, işgüzar dairələrin nümayəndələri, KİV nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Səfir Fəxrəddin Qurbanov Respublika gününün tarixi əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, müsəlman Şərqində yaradılan ilk Respublikanın mövcud olduğu qısa müddətdə həyata keçirdiyi müstəsna əhəmiyyətli işlər barəsində söhbət açıb. Onun sözlərinə görə məhz həmin dövrdə yaradılan bir sıra təsisatlar müasir Azərbaycan dövlətçiliyinin inkişafında özünə məxsus rol oynamış və oynamaqdadır. Çıxışı zamanı Səfir hazırda ölkəmizdə gedən inkişaf və müxtəlif sahələrdə əldə edilmiş nailiyyətlərə də yer ayırıb. O, Azərbaycanın siyasi və iqtisadi imkanlarının günü- gündən artdığını və regionda nüfuzlu ölkələrdən birinə çevrildiyini nəzərə çatdırıb. Tədbir boyu geniş ekranda ölkəmizlə bağlı hazırlanmış musiqi və fotoşəkillərdən ibarət təqdimat göstərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA