iran məscidin patladılmasında ABŞ?ı günahlandırıb

img

29-05-2009 [02:26]


İran ölkənin cənub-şərq bölgəsindəki məsciddə baş vermiş partlayışa görə ABŞ?ı günahlandırıb. Bu barədə "Gazeta.ru"nun məlumatına görə, Sistan-Belucistan əyalətinin qubernatorunun nümayəndəsi Cəlal Sayax bildirib. ?Zahedanda baş verən terroru törədənlərin arxasında ABŞ ?ın dayandığı təsdiq olunub", deyə C. Sayax bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı üç nəfər şübhəli şəxs həbs olunub. Qeyd edək ki, İranın cənub-qərbindəki Zahedan şəhərində partlayış nəticəsində 30 nəfər ölüb, 60 adam xəsarət alıb. Məlumata görə, şəhər məscidində partlayışı terrorçu-kamikadze törədib. Lakin heç bir qruplaşma baş vermiş insidentə görə məsuliyyəti öz üzərinə götürməyib. Qeyd edək ki, Zahedan şəhəri Sistan və Belucistan (Pakistanla sərhəddə yerlşir) əyalətinin inzibati mərkəzidir. Bu bölgəcə tez-tez polislə narkotik alverçiləri, qaçaqmalçılar və silahlılar arasında qarşıdurmalar baş verir. ?Fars? agentliyinin məlumatına görə, partlayışdan bir qədər sonra xüsusi xidmət orqanlarının əməkdaşları məscidin yaxınlığında ikinci partlayıcı qurğunu aşkar ediblər. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA