Bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması günüdür

img

28-05-2009 [11:01]


[/left] Bu gün Azərbaycan Demokpatik Xalq Cümhuriyyətinin yaranmasından 91 il ötür. 1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoylu seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə - Bakı rusiyapərəst qüvvələrdən alınandan sonra milli hökumət Gəncədən Bakıya köçüb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib və düz 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA