Birləzmiz müxalifət bələdiyyə seçkiləri ilə bağlı fikrini dəyizir

img

15-05-2009 [04:40]


[b]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bələdiyyə seçkilərinə ?Azadlıq? bloku formatında qatılacaqlarını deməsi Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatındakı digər partiyaların da seçkiyə ayrı getməsinə səbəb olacaq.[/b] Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı təmsil olunduğu partiyanın da seçkidə ayrı iştirak edəcəyini bildirib: ?Əgər bütün partiyalar ümumilikdə Vətəndaş hərəkatının tərkibində ayrı-ayrılıqda seçkiyə gedəcəksə, burada heç bir problem yoxdur. Müsavat Partiyasının da öz siyahısı ilə seçkidə iştirak etmək niyyəti var. ?Azadlıq? blokunun da lazım olan qədər namizədi olacaqsa və qeydiyyatdan keçəcəksə, təkbaşına seçkiyə qatılmalarında heç bir problem yoxdur. Bu, çoxmandatlı seçki dairələri üzrə olan bir prosesdir. Ona görə də biz, ayrı-ayrı siyahılarla da müttəfiq kimi seçkilərdə iştirak edə bilərik. Əsas odur ki, ümumi startegiya və məqsəd eyni olsun. Bu seçkidə namizədlər daha çox olur. Amma düşünmürəm ki, bələdiyyələrin sayından namizədlərin sayı artıq olan dairələr çox olsun. Bu mənada namizədlərin uzlaşdırılması məsələsində də hər hansı problem gözləmirəm?. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə deyib ki, hərəkatda əvvəlcədən razılaşdırılıb ki, seçkiyə ya partiyalarla, ya da blok şəklində gedilsin. Onun sözlərinə görə, ?Azadlıq? blokunun ayrıca siyahı ilə seçkiyə qatılmasında təəccüblü bir şey yoxdur: ?Biz seçkiyə ayrı-ayrı siyahılarla getsək də, ümumi fəaliyyətimiz əlaqələndiriləcək. Hesab edirəm ki, burada hər hansı narhatlıq olmayacaq. Hərə öz namizədini irəli sürəcək və seçkidə iştirak edəcək?. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə mia.az-a açıqlamasında vurğulayıb ki, bələdiyyə seçkiləri ilə bağlı hərəkatdakı partiyaların birgə iştirakına qərar əvvəlcədən verilib: ?Amma taktiki tərəflər, seçkiyə hansı siyahı ilə gedəcəyik - bu məsələlər hələ partiyalarda müzakirə olunur. Hər bir partiya bələdiyyə seçkiləri ilə bağlı siyahısını hazırlayır, biz də hazırlayırıq. Sonda müzakirə edəcəyik ki, hansı taktika ilə prosesdə iştirak edək. Bu gün altı partiya seçkiyə Qarabağ və Respublika Uğrunda Hərəkat çərçivəsində getməkdə qərarlıdır. Bununla bağlı fikir ayrılıqları yoxdur?. İ.Ağazadə namizədlərin uzlaşdırılması prosesində də hər hansı ciddi problemin olacağını gözləmir. Onun sözlərinə görə, əgər iri şəhərlərdə ortaya hər hansı problem çıxarsa, onu da müzakirə edib, yoluna qoya biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA