Müxalifət bu gün Rəsulzadənin abidəsi önündə mitinq keçirəcək

img

27-05-2009 [07:22]


?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatında təmsil olunan partiyalar mayın 28-də Bakının Novxanı qəsəbəsində Respublika Günü ilə əlaqədar mitinq keçirəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı qeyd edib ki, aksiya 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Rəsulzadənin abidəsi önündə düzənlənəcək: ?Yəqin ki, tədbirdə müxalifət liderləri çıxış edəcəklər. Bundan sonra Rəsulzadənin yaxınlarının məzarları ziyarət ediləcək. Həmin gün planlaşdırırıq ki, Fəxri xiyabana gələrək Milli hərəkat lideri Əbülfəz Elçibəyin və eyni zamanda Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların məzarlarını ziyarət edək?. Müsavat yetkilisi təmsil olunduğu partiyanın Rəsulzadə ilə bağlı bir sıra tədbirlər planı hazırladığını da nəzərə çatdırıb. Onun sözlərinə görə, Müsavat Partiyası bu ili Rəsulzadə ili elan edib və yaxın müddətdə silsilə tədbirlər həyata keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA