Müsavatçı gənclər nazir Azad Rəhimova müraciət ediblər

img

21-05-2009 [05:58]


Müsavat Gənclər Təşkilatı gənclər və idman naziri Azad Rəhimova müraciət edib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Gənclər Təşkilatından məlumat daxil olub. Müraciətdə gənclərə qarşı son dövrlərdəki təzyiqlər və təhdidlərlə bağlı faktlar yer alıb: ?Müsavatçı gənclərə ilk təzyiqlər ?facebook? İnternet portalında olan səhifənin bağlanması ilə başlanıb. Bir il ərzində bu səhifə 4 dəfə bağlınıb. Bundan əlavə, ?yutube? İnternet video portalında müsavatçı gənclərin ünvanı təhqirlərdən tutmuş, ölüm hədə-qorxularına qədər təhdidlər səslənir və bu cür təhdirlər davam etməkdədir. Eyni zamanda, Müsavat Gənclər Təşkilatının ?live jurnal,com?da açdığı sayta maneçilik törədilir?. Müsavatçı gənclər 30 aprel Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi ilə bağlı 10 mayda mitinq keçirmək istəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətdən sonra onlara qarşı qanunsuz təzyiqlərdən də narazılıqlarını bildiriblər. Gənclər onlara qarşı haqsızlıqlara, təzyiqlərə son qoyulması üçün A.Rəhimovdan yardımçı olmağı istəyiblər. Müraciətin sonunda gənclər nazirdən Müsavat Cənclər Təşkilatının nümayəndəsini qəbul etməyi xahiş ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA