ADP-çilər referendumla bağlı prokurorluğa çağırılıb

img

27-05-2009 [06:36]


Bu ilin martin 18-də Respublika Konstitusiyasına əlavə və dəyişikliklərə dair keçirilmiş referendumla əlaqədar ?Qarabağ və Respublika Uğrunda Hərəkatı?ın müşahidəçilərinə rayonlarda təzyiqlər hələ də davam edir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov verib. N.İsmayılovun sözlərinə görə, bu gün ADP İmişli Rayon Təşkilatından partiyanın mətbuat xidmətinə daxil olan məlumatda Respublika Prokurorluğunun ağır cinayətlərə dair idarəsinin müstəntiqi Pərviz Nərimanovun referendumda qanun pozuntularını fiksə etmiş müşahidəçiləri yenidən izahat almaq məqsədi ilə İmişli Rayon Prokurorluğuna çağırması bildirilir: ?Daxil olan müraciətdə referendum zamanı müxtəlif məntəqələrdə müşahidə aparmış ADP üzvləri Süleyman Ağaşov, İsməli Abbasov, habelə ADP İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarlı və AXCP-nin rayon şöbəsinin sədri Əli Qasımov rayon prokurorluğuna çağırılıblar və onlardan referendumda saxtalaşdırmalar haqqında əvvəl verdikləri izahatların dəyişdirilməsi tələb olunub. İzahat verməyəcəklərini bildirən müxalifətçilərə qarşı isə müstəntiq hədə-qorxu gəlməyə başlayıb. Bütün təzyiqlərə baxmayaraq yuxarıda adıçəkilən müşahidəçilər müşahidə aktlarında qeyd etdikləri həqiqətləri təkzib etməyəcəklərini bildiriblər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA