Bu gün DUi-nin Qarabağ Forumu keçirildi

img

14-05-2009 [03:13]


[/right][lib]2010/dui-ted-8.jpg[/lib] Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə dedi ki, Qarabağ məsələsində müxalifət və iqtidar vahid mövqedən çıxış etməlidir: ?Düzdür, bu gün mövqe var, amma yetərli deyil. Bundan əlavə, bu mövzu ətrafına insanları da yola gətirmək qeyri-mümkündür. Biz də hesab edirik ki, Qarabağ danışıqlarında diplomatik ?oyunlara? son qoyulmalıdır?. Forumun digər iştirakçısı - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli isə bu məsələnin hakimiyyətin monopoliyasında olduğunu söylədi. Onun sözlərinə görə, parlamentdə bu məsələ ilə bağlı çıxışlar bəsitdir: ?Heç kimə sirr deyil ki, Azərbaycanın Dağlıq Qarabağ ətrafında gedən danışıqlara təsiri getdikcə zəifləyir. Hakimiyyət birdəfəlik bilməlidir ki, bu məsələdə xarici faktordan köməklik yoxdur. Bundan əlavə, Türkiyəni bu məsələdə qınamaq düzgün deyil?. Sonda Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və vətəndaş cəmiyyəti təşkilatlarının Qarabağ Forumu ilə bağlı bəyanatı qəbul edildi. Bəyanatda deyilir: Forum iştirakçıları son dövrdə regionda Azərbaycanın maraq və mənafelərinin zərərinə, bu maraq və mənafeləri nəzərə almayaraq və ya bunlara etinasızlıq nümayiş etdirərək, konkret olaraq, Qarabağ məsələsini regionun prioritet problemləri sırasından çıxarmaqla yeni geosiyasi situasiya formalaşdırmaq cəhdlərindən ciddi narahatlıq ifadə edir. Belə bir vəziyyətin yaranması həm də Azərbaycan hakimiyyətinin hərbi-siyasi və diplomatik fəaliyyətinin uğursuzluğu kimi dəyərləndirilməlidir. Məhz bu siyasət təcavüzkar və bəzi beynəlxalq dairələr tərəfindən Azərbaycanın zəifliyi və işğal vəziyyəti ilə barışması kimi qəbul edilməyə başlayıb. Forum iştirakçıları hesab edirlər ki, bu vəziyyət sonsuz olaraq davam edə bilməz və dövlətin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilərək bir milyona yaxın vətəndaşımızın pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq hüququn və Azərbaycan Konstitusiyasının yol verdiyi bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə etməklə qəti addımların atılmasının vaxtı çatıb. Xüsusi həyəcan doğuran hal ondan ibarətdir ki, daxildəki bəzi rəsmi dairələr yeni yaranan vəziyyətlə bağlı təhrif olunmuş məlumatları ortaya ataraq cəmiyyəti təslimçi sülhə razı salmaq istiqamətində təbliğata başlayıblar. Buna görə də xalq onun başı üstündən Qarabağın verilməsi demək olan, Vətənin ərazi bütövlüyünü pozan və ya bir müddət sonra poza bilən hər hansı təslimçi sazişə və təslimçilərə qarşı öz milli iradəsini birbaşa ifadə etməyə hazır olmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA