Pənah Hüseyn: ?Mən öz səviyyəmə, Arif Hacılı da öz səviyyəsinə uyğun danızır?

img

27-05-2009 [06:19]


?Mən heç kimi ittiham etməmişəm. Ona görə də kimsə məni avantürist çıxış etməkdə suçlaya bilməz. Sadəcə olaraq, mən deymişəm ki, ADP, o cümlədən müxalifətdə olan digər partiyalar demokratiyanın bərqərar olması üçüq lazım olan bütün addımları atmalıdır, eyni zamanda proseslərə təsirindən asılı olmayaraq, başqa qüvvələrin atdığı addımlara maneçilik törətməməlidirlər. Onlara iqtidarın ADP-yə, o cümlədən müxalifətə qarşı sərgilədiyi münasibətə oxşar münasibət sərgiləməlidir. Mən bunları demişəm və hesab edirəm ki, siyasi etikaya uyğun hərəkət etmişəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (mia.az) Müsavat deputat qrupunun üzvü, Demokratiya Uğrunda İttifaqın təsisçilərindən biri Pənah Hüseyn ADP sədri Sərdar Cəlaloğlunun və Arif Hacılının ona qarşı ittihamlarına cavab verərkən deyib. P.Hüseynin sözlərinə görə, heç kim onun fikirlərini başqa cür qiymətləndirməməlidir, çünki onun dedikləri qarşı tərəfin hərəkətlərinə cavabdır: ?Biz ölkədə fəaliyyət göstərən siyasi partiyaların toplantısını keçirmək istəyirik. Mətbuat nümayəndələri onlara sual verir, onlar isə bu tədbirə qatılacağıq, ya qatılmayacağıq demək əvəzinə, başlayırlar ki, ?DUİ-nin gücü yoxdur, yaxud bu tədbirlər heç bir əhəmiyyət daşımır?, deməyə. Yəni qərəzli fikirləri onlar söyləyirlər. Mən də bu fikirlərə münasibət bildirmişəm. Sözün doğrusu, mənim nə Demokrat, nə də ki, digər partiyalarla hər hansı problemim yoxdur?. Arif Hacılının fikirlərinə gəlincə isə Pənah bəy ?Arif bəy deyir ki, Pənah Hüseyn öz səviyyəsinə uyğun danışır. Mən onunla tamamiylə razıyam. Mən öz səviyyəmə, Arif Hacılı da öz səviyyəsinə uyğun danışır?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA