Fəzail Ağamalı Məzvərət Məclisinin passivliyinin səbəblərindən danızmaq istəmir

img

26-05-2009 [12:04]


Son dövrlər hakimiyyətyönlü partiyaların bir araya gəldiyi Məşvərət Məclisinin fəaliyyəti görünmür. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Məşvərət Məclisinin passivliyini prezident seçkilərindən sonra ölkədə ciddi siyasi proseslərin getməməsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Məşvərət Məclisi bələdiyyə seçkiləri ərəfəsində fəaliyyətini aktivləşdirə bilər. Qeyd edək ki, bir müddət əvvəl F.Ağamalı Məşvərət Məclisinin fəaliyyətindən narazılığını bildirirdi və bu məsələdə qurumda təmsil olunan partiyaları günahlandırırdı. Amma AVP sədri hazırda Məşvərət Məclisinin passiv bir quruma çevrilməsinin səbəbləri barədə danışmaq istəmir: ?Yeni Azərbaycan Partiyası da, Ana Vətən Partiyası da və Məşvərət Məclisində təmsil olunan digər partiyalar öz fəaliyyətlərini müstəqil şəkildə qurmağa daha çox üstünlük verirlər. İndi kim öz işini daha yaxşı görə bilir, yaxud bilmir, buna kənardan qiymət verilsə, daha düzgün olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA