Sərdar Cəlaloğlu və Arif Hacılı Pənah Hüseynin ittihamlarını əsassız sayırlar

img

26-05-2009 [05:43]


[b]Demokratiya Uğrunda İttifaqın (DUİ) təsisçilərindən olan Pənah Hüseynin Qarabağ və Respublika Uğrunda Hərəkatda təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və ADP sədri Sərdar Cəlaloğlunun ünvanına sərt ittihamlar səsləndirməsi qarşı tərəfin narazılığına səbəb olub.[/b] Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlama verən A.Hacılı Pənah Hüseynin məsələyə düzgün yanaşmadığını bildirib: ?Məsələylə bağlı mənim mövqeyimi oxuyan adam qərəzsiz olsa, orada heç bir əsəbin olmadığının şahidi olar. Əslində mən kimlərinsə gündəmdə qalmaq üçün bu cür fikirlər işlətməsinə, təkliflərlə çıxış etməsinə qeyri-adi baxmamışam. Sadəcə olaraq, onların bu məqsədinə xidmət etmək istəmədiyimi bildirmişəm. Ona görə də hesab edirəm ki, ya mənim fikirlərim dəqiq anlaşılmayıb, ya da qərəzli olaraq, şərh edilib. Mən bildirmişəm ki, Azərbaycan siyasətində elə adamlar var ki, onlar müxtəlif fikirləri ortaya atırlar. Jurnalist dostlarımızın da bu fikirlərə müxtəlif statuslu adamların münasibətini öyrənmək yolu ilə mövcudluğunu təsdiq etmək istəyirlər. Məsələ ondadır ki, bu tendensiya Azərbaycanda normal hala çevrilib. Mən Pənah bəyin hansısa fikirinə əsəb nümayiş etdirməmişəm. Sadəcə, mən həmin adamların bu planlarının iştirakçısı olmaq istəmirəm?. A.Hacılı onu da nəzərə çatdırıb ki, P.Hüseynin dediyi kimi, onun bu məsələlərdə hər hansı bir qıcıqlanması, yaxud əsəbləşməsinə əsas yoxdur. Buk kimi fikirlərin səsləndirilməsi də yersizdir. ADP sədri Sərdar Cəlaloğlu mia.az-a açıqlamasında P.Hüseynin fikirlərinə hörmətlə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, söz və fikir azadlığı uğrunda mübarizə apardıqları üçün Pənah bəy kimi dostlarının da fikir və söz azadlıqlarına qarşı dözümsüzlük nümayiş etdirmək istəmir: ?Amma təəssüf edirəm ki, Pənah bəy bizi YAP-la eyni sıraya qoyur. Çünki biz Pənah Hüseynə öz fikirlərini azad ifadə eləməsi üçün öz qəzetimizdə geniş yer verməyə hazırıq?. S.Cəlaloğlu onu da bildirib ki, P.Hüseyn onları yekəxana, bəyənməməklikdə ittiham etməklə yanlışlığa yol verir. ?Əgər mən nəiynsə mənasız olduğunu qəbul edirəmsə, nəyə görə ona dəstək verməliyəm? Səhv hesab etdiyim bir tədbirdə iştirak etməkdən imtina edirəmsə, bu, mənim üçün pozitiv bir şeydir. Amma elə liderlər var ki, bunun mənasız olduğunu bilə-bilə gedib orada iştirak edirlər. Tədbir keçirdilər, cəmiyyətdə hər hansı bir reaksiya da yarada bilmədilər. Biz də hesab edirik ki, süni gündəm yaratmaqla siyasi proseslərə təsir etmək mümkün deyil. İndi tutaq ki, mən hansısa tədbirdə iştirak etməmişəm. Buna görə məni xalq düşməni elan etmək lazım deyil. Bunlarn hamısı demokratik mədəniyyətin yüksək səviyyədə olmamasından irəli gəlir. Mən sadəcə olaraq, həmin tədbirdə iştirak etməyi məqsədəuyğun saymamışam, ona görə də qatılmamışam. İndi nəyə görə ittihamlara məruz qalmalıyam? Ona görə də bu ittihamları əsassız sayıram?. ADP sədri bütün bunlara görə hay-küy salınmasını da düzgün hesab etməyib. Onun sözlərinə görə, belə məsələlərlə kiminsə başqasını ittiham etməyə haqqı yoxdur: ?Pənah Hüseyn mənim ən yaxın dostlarımdan biridir. Düzdür, onun bir qədər avantürist xarakteri var. Sevir ki, bir az bəlağətli danışsın, kimisə ittiham eləsin. Burada ittiham olunası bir şey də yoxdur. Hər kəsin öz mövqeyi var, ona hörmətlə yanaşmaq lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA