iqbal Ağazadə Səfər Əbiyevin deputatlar qarzısında hesabat verməsini tələb edib

img

26-05-2009 [01:44]


[b]Milli Məclisin bu günkü iclasında çıxış edən Ümid Partiyasının sədri, millət vəkili Ağazadə ?Hərbi çağırışın əsasları haqqında? qanuna əlavə və dəyişikliklər məsələsini qaldırıb. [/b] Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat mayın 23-də Şəmkirdəki Seyfəli poliqonunda baş vermiş hadisəni böyük faciə kimi qiymətləndirərək, bunun müvafiq qanunlardakı boşluqlarla əlaqələndirib: ?Bir əsgərin 5 nəfəri güllələnməsi Azərbaycan üçün ciddi hadisədir. Xüsusən də ərazisi işğal altında olan bir ölkə üçün bağışlanmaz haldır. Hadisəni törədən əsgər izahatında bildirib ki, ona qarşı hərbi hissədə ədalətsizlik olub və dözməyərək hadisəni törədib. Ordu ilə bağlı problemlər həssas məsələ olduğundan yaxşı olardı ki, qapalı iclaslar keçirilsin və müdafiə naziri Səfər Əbiyev deputatların suallarını cavablandırsın. Təəssüf ki, hökumətin hesabatı zamanı cənab nazir bura gəlmir. Əgər 35 yaşlı bir vətəndaş 18 yaşlı cavan oğlanla birgə hərbi xidmət keçirsə, bu zaman onların arasında psixoloji səddin yaranması mümkündür. Bu da orduda ?dedovşina? hallarına gətirib çıxarır?. İ.Ağazadə əsgərlərin yerlərinin dəyişdirilməsi ilə bağlı təklif də irəli sürüb: ?Dünyanın bütün ölkələrində dislokasiya təcrübəsi var. Necə ola bilər ki, bir əsgər il yarım Bakıda olsun, amma başqa bir əsgər il yarım cəbhə bölgəsində? Bu, düzgün deyil?. Milli Məclisin birinci vitse-spikeri, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Abbasov İ.Ağazadənini qaldırdığı məsələyə münasibət bildirərkən deyib ki, ?Hərbi çağırışın əsasları haqqında? qanun qəbul edilərkən hərbi xidmət üçün yüksək yaş həddinin, həmçinin il ərzində 4 dəfə çağırışın hüquqi və elmi cəhətdən əsaslandırılıb: ?Bəziləri 27 yaşına qədər xaricdə gizlənərək orduda xidmətdən yayınırlar. Ona görə hədd 35 yaş götürülüb. Çağırışı il ərzində 4 dəfədən 2 dəfəyə endirmək mümkündür. Amma bu, bir qədər sonranın işidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA