Milli Məclisin iclasında Oqtay Əsədovla Sabir Rüstəmxanlı arasında narazılıq baz verdi

img

22-05-2009 [01:29]


Bu gün Milli Məclisin iclası gərginliklə müşayiət olunub. Həmişə olduğu kimi, cari məsələlərə ayrılan yarım saatlıq müddət ərzində spiker Oqtay Əsədovla deputat Sabir Rüstəmxanlı arasında gərginlik yaranıb. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, S.Rüstəmxanlı cari məsələlərlə bağlı çıxış etmək istəyib, lakin vaxt bitdiyindən spiker ona belə bir şərait yaratmayayraq, ?Cari məsələlərə ayrılan vaxt başa çatıb, gündəlikdəki məsələlərə keçirik?,-deyib. S.Rüstəmxanlı isə sözünün olduğunu bildirib və ona şərait yaradılmasını tələb edib. O.Əsədov isə deputatın israrlarından hiddətlənərək ?Burada sədr mənəm, deyirəm ki, vaxt qurtardı, deməli, qurtardı?,- cavabını verib. Narazı deputat isə ?Siz səlahiyyətlərinizdən istifadə edərək, bizə sözümüzü deməyə imkan vermirsiniz?,- deyərək narazılığını bildirib. Sonra isə gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA