Qüdrət Həsənquliyev: "NATO demokratikləzmə ilə bağlı Rusiyaya təsir göstərməlidir"

img

25-05-2009 [06:57]


Mayın 22-də Norveçin paytaxtı Oslo şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb. Sessiya çərçivəsində Parlament Assambleyasının ayrı-ayrı komitələrində "NATO-nun transformasiyası", "Avroatlantik təhlükəsizlik çağırışlarında Rusiyanın baxışları və Rusiya-NATO münasibətləri", "Kütləvi qırğın silahlarına qarşı mübarizə", "Qlobal maliyyə və kommersiya böhranı" və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mətbuat və informasiya xidmətindən MİA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə Heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib. BAXCP sədri NATO PA-nın komitələrində keçirilən müzakirələrin bu gün başa çatdığını, Assambleyanın yaz sessiyasının isə sabah keçiriləcək plenar iclasla yekunlaşacağını bildirib. Qüdrət Həsənquliyev Azərbaycan nümayəndə Neyəti üzvlərinin Assambleyanın işində fəallıq göstərdiklərini və ayrı-ayrı məsələlər ətrafında diqqət çəkən çıxışlar etdiklərini vurğulayıb: ""Silahlı münaqişələr zamanı və münaqişələrdən sonra qadınlara olan zorakılıq" mövzusunda millət vəkili Məlahət İbrahimqızı çıxış etdi. Məlahət xanım öz çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə Azərbaycan vətəndaşının məNrumiyyətlərə məruz qaldığını, onların arasında qadınların və uşaqların üstünlük təşkil etdiyini bildirdi və qeyd etdi ki, beynəlxalq təşkilatların, o cümlədən Avroatlantik alyansın Ermənistanı işğalçı dövlət kimi tanımalarına baxmayaraq, təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsi və Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi istiqamətində prinsipial addımlar nəzərə çarpmır. Məlahət İbrahimqızının sözlərinə görə, mövcud vəziyyət beynəlxalq təşkilatların nüfuzuna kölgə çalır". BAXCP sədrinin sözlərinə görə, Əfqanıstan, İran, Pakistan və Mərkəzi Asiya regionu ilə bağlı məsələnin müzakirəsində Azərbaycan nümayəndə Neyətinin digər üzvü - millət vəkili Siyavuş Novruzov çıxış edib. İranda, öz tarixi vətənlərindən yaşayan azərbaycanlıların ən adi hüquqlarının tanınmadığını və onlara qarşı basqıların olduğunu önə çəkən Siyavuş Novruzov Tehran-İrəvan münasibətlərinə də diqqət çəkib: "Bu gün İran Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanla yaxından əməkdaşlıq edir və dolayısıyla İrəvanın təcavüzkar siyasətinin davam etdirilməsinə dəstək verir". Siyavuş Novruzov İranın Ermənistana dəmir yolu xətti, təbii qaz kəməri çəkdiyini xatırladıb və bildirib ki, bu ölkələrin beynəlxalq Hüquq normalarına zidd davranışları bütövlükdə regionun təhlükəsizliyinə zərbə vurur. BAXCP sədri isə Gürcüstanla bağlı məsələnin müzakirəsi zamanı çıxış edib: "Bizə təqdim olunan hesabatda Gürcüstandakı etnik münaqişələrin vaxitlə sabiq prezident Zviyad Qamsaxurdiyanın yanlış siyasəti nəticəsində baş verdiyi vurğulanmışdı. Mən bu yanaşmaya etirazımı bildirdim. Qeyd etdim ki, postsovet məkanında etnik münaqişələr yalnız Gürcüstanda mövcud olsaydı bəlkə də bu mülaNizəylə razılaşmaq olardı. Ancaq oxşar problemlərlə Gürcüstanla yanaşı Azərbaycan da, Moldova da üzləşib. Bu münaqişələr Rusiyanın və onun Nimayəsində olan Ermənistanın qonşu ölkələrə ərazi iddiaları nəticəsində yaranıb. Rusiya bu münaqişələrdən yararlanaraq postsovet məkanı üzərində təsir imkanlarını saxlamaq istəyir". Qüdrət Həsənquliyev öz çıxışında regionda gedən demokratik proseslərə toxunduğunu da bildirdi: "Bu gün Rusiyanı narahat edən əsas məsələ Gürcüstanla Ukraynanın NATO-ya üzvlüyündən daha çox bu ölkələrin demokratik inkişaf yolu seçmələrilə bağlıdır. NATO onsuz da Baltikyanı respublikaların timsalında Rusiyanın sərhədlərinə yaxınlaşıb. Rusiyada, bunu açıq büruzə verməsələr də Baltikyanı ölkələri Nəmişə Avropanın bir hissəsi hesab ediblər. Bu baxımdan Litva, Latviya və Estoniya ilə bağlı məsələlərdə Moskvanın aqressivliyi bir o qədər də qabarıq nəzərə çarpmır. Rusiya Gürcüstan və Ukraynada baş verən demokratik proseslərdən, NATO-nın deyil, demokratiyanın sərhədlərinə yaxınlaşmasından narahatdır. Moskva bu proseslərin zəncirvari reaksiya doğuracağından, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər bölgələri əhatə edəcəyindən əndişələnir". BAXCP sədri Rusiyanın demokratik proseslərə, sabitliyə və münaqişələrin həllinə maneə yaratdığını konkret faktlarla Assambleya üzvlərinin diqqətinə çatdırıb: "Bir neçə il öncə Ermənistandakı bəzi siyasi qüvvələr öz xalqlarının gələcək taleyini nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq vermişdilər. Onlar işğalçılıq siyasətinin səmərə verməyəcəyini dərk edirdilər. Lakin nə baş verdi. Bu siyasətçilər Ermənistan parlamentinin iclas salonunda, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin gözü qarşısında qətlə yetirildilər. Bu qətliam ona görə ictimai şəkildə həyata keçirildi ki, cəmiyyətdə xof yaratsın və normal qonşuluq münasibətlərinin tərəfdarı olan insanları qorxutsun". Qüdrət Həsənquliyev hazırda Gürcüstanda baş verən proseslərin də arxasında məhz Kremlin maraqlarının dayandığını vurğulayıb: "Bu gün Gürcüstanda baş verənlər heç də Saakaşvilinin idarəçiliyi, yaxud guya hansısa repressiv rejim yaratmasıyla ilə bağlı deyil. Rusiya Gürcüstandakı demokratiyanı boğmaq, gözdən salmaq istəyindədir. Bu baxımdan, NATO da daxil olmaqla bütün beynəlxalq təşkilatlar Gürcüstandakı demokratik proseslərə dəstək verməlidir. Əks təqdirdə demokratiya bütün Cənub Qafqaz bölgəsində, postsovet məkanında uğursuzluğa düçar olacaq". Qüdrət Həsənquliyev çıxışının sonunda NATO-Rusiya münasibətlərinə də toxunub və qeyd edib ki, alyans Moskvaya təsir imkanlarını bir daNa nəzərdən keçirməli və müstəqil siyasət yürüdən postsovet ölkələrinin interasiya meyllərinə ciddi dəstək verməlidir. BAXCP sədri, toplantıdan sonra Gürcüstan təmsilçilərinin dəstəyə görə Azərbaycan nümayəndə heyətinin üzvlərinə öz təşəkkürlərini bildirdiklərini də vurğuladı: "Gürcüstanın Avropa və avroatlantik strukturlara iqteqrasiya üzrə dövlət naziri Georgi Baramidze, nümayəndə Neyətinə daxil olan bütün şəxslər, eləcə də digər ölkələrin təmsilçiləri bizə açıq və birmənalı mövqeyimizə görə minnətdarlıqlarını bildirdilər". Qeyd edək ki, NATO PA-nın yaz sessiyasında Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə Neyəti Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə təmsil olunur. Heyətə millət vəkilləri Qüdrət Həsənquliyev, Siyavuş Novruov, Məlahət İbrahimqızı və Tahir Süleymanov daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA