Ayaz Mütəllibovun açıqlaması müxalifət daxilində qarzılıqlı ittihamlara səbəb olub

img

15-05-2009 [02:47]


[b]Araz Əlizadə: ?Mütəllibovun nüfuzu Xalq Cəbhəsi dövründə olan bütün liderlərin nüfuzundan daha yüksəkdir?[/b] ?İsa Qəmbər düz deyir, Ayaz müəllim o zaman çox böyük səhv elədi. Düşündü ki, Azərbaycan müxalifəti insanlardan ibarətdir və onlara insani münasibət bəslədi. Amma zaman göstərdi ki, bu adamlar insanlıqdan çox-çox uzaqdırlar?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) digər həmsədri Araz Əlizadə Müsavat başqanı İsa Qəmbərin eks-prezident Ayaz Mütəllibovun ünvanına səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib. Məlumat üçün qeyd edək ki, eks-prezident Ayaz Mütəllibov Azərbaycan müxalifətinin vəziyyətini qiymətləndirərkən, onların zəif olduğunu və bundan sonra hakimiyyətə gələ bilməyəcəyini deyib. İsa Qəmbər isə Mütəllibovun müxalifətin nüfuzdan düşməsi, zəif olması barədə fikirlərilə də razılaşmayıb və onun özünü günahlandırıb. Araz Əlizadə isə mia.az-a Mütəllibovun bəzi fikirləri ilə razılaşmadığını da deyib: ?Mən inanmıram ki, müxalifət düzgün yol tutsaydı, bu gün hakimiyyətdə olardı. Ayaz müəllimin bu fikirləri ilə razı deyiləm. Onlar nə o vaxt, nə də indi hakimiyyətə layiqdirlər. Amma Azərbaycanın taleyi belə gətirib ki, sel gələndə həmişə bütün zir-zibili özü ilə gətirir. O zaman Qarabağ ətrafındakı hadisələrlə əlaqədar ?sel? gəlirdi, həmin sel də bütün zir-zibili üzə çıxardı?. ASDP həmsədri A.Əlizadənin İ.Qəmbərin ?Ayaz Mütəllibov o zaman xalq hərəkatı liderlərinin məsləhətlərini dinləsəydi, Azərbaycan öz problemlərini tamam başqa bir ssenari ilə həll edib, inkişaf edərdi. Və ola bilərdi ki, Mütəllibov öz prezidentlik müddətini layiqincə başa vurub, bu gün hörmətli şəkildə ölkədə yaşaya bilərdi?,- fikrinə münasibəti daha sərt oldu: ?Hərə öz nüfuzundan danışsa, daha yaxşı olar. Hər halda mən düşünürəm ki, Mütəllibovun nüfuzu Xalq Cəbhəsi dövründə olan bütün liderlərin nüfuzundan daha yüksəkdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA