Şimali Koreya daha iki yaxın məsafəli raketi sınaqdan keçirib

img

25-05-2009 [03:56]


Şimali Koreya daha iki yaxın məsafəli raketi sınaqdan keçirib. Associated Press agentliyinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu gün ərzində Koreya Xalq Demokratik Respublikası artıq 3 yaxın məsafəli raketi sınaqdan keçirib. Sınaqlar barədə ətraflı məlumat verilməyib. Xatırladaq ki, əvvəl xəbər verilirdi ki, KXDR yeraltı nüvə silahı sınağı həyata keçirəndən sonra yaxın məsafəli raketi də sınaqdan keçirib. Qeyd edək ki, KXDR nüvə silahlı sınağını uğurla həyata keçirməsini rəsmən elan edib. Şimali Koreya ilk dəfə 2006-ci il 9 oktyabr tarixində nüvə sınağını həyata keçirib. BMT Təhlükəsizlik Şurası isə 2006-cı il 14 oktyabrda KXDR-dən yeni nüvə sınaqları həyata keçirməyi və yaxud ballistik raket buraxmağı dayandırmağı tələb edən N 1718 qətnaməsini qəbul etmişdi. Amma Pxenyan 2009-ci il aprelin 5-də raket buraxaraq bu tələbi pozub. Bundan sonra KXDR nüvə silahlsızlaşdırılması üzrə altıtərəfli danışıqardan çıxdığını elan edib. Qərb eskpertləri bunu yeni nüvə sınağına hazırlaşmaq kimi dəyərləndirmişdilər. /ANSPRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA