?Məscidlərin dağıdılması, qapılarına kilidvurma əməliyyatı dayandırılmaılıdr?

img

25-05-2009 [03:17]


Bu gün zərbaycan İslam Demokrat Partiyası (AİDP) Ali Məclisinin toplantısı keçirilib. Toplantıda son vaxtlar Azərbaycanda bəzi məscidlərin bağlanması, sökülməsi məsələləri müzakirə edilib. Mia.az-ın xəbərinə görə, müzakirələr zamanı qeyd olunub ki, son dövrlər ardıcıl olaraq bəzi məscidlərin təmir adı ilə bağlanması, dağıdılması, dindarların məscidlərə buraxılmamasının adi hala çevrilməsi islamçı demokratları ciddi şəkildə narahat edir. Çıxışçılar bildiriblər ki, iqtidar mənsublarının dindarların üzərində belə sürətli, çox istiqamətli, çoxşaxəli gəzişmələri Azərbaycan xalqının və dövlətçiliyinin ciddi problemlərlə üzləşməsindən xəbər verir. İslamçı demokratlar hesab edirəlr ki, iqtidarın belə hərəkətlərinin artması bir neçə vacib məsələdən verir: ?Birincisi, apardıqları siyasətin özlərinə məxsus olmayıb, cüc ölkələrinin qarşısında İslama qarşı olan öhdəçiliklərinin yerinə yetirilməsidir. İkincisi, özlərinin siyasi və biznes maraqları, üçüncüsü, daxili və xarici siyasətdə, həmçinin Qarabağla bağlı gedən proseslərdə baş verən uğursuzluğu kimlərinsə üzərinə yıxmaq niyyəti güdülür. Eyni zamanda öz hakimiyyətlərinin ömrünün uzanmasına, monolitliyinə nail olmaq istəyi var, həmçinin ölkəni özlərindən başqa idarə edə biləcək bir qüvvənin olmadığını göstərməkdir?. Çıxışçılar onu da vurğulayıblar ki, bu prosesdə məscidlərin sənədlərinin bilərkədən vaxtında qaydaya salınmaması, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin baş verənlərlə bağlı gec, həmçinin özünümüdafiə tipli reaksiya verməsi də rol oynayıb. AİDP-çilər bildiriblər ki, məscidlərlə bağlı aparılan dağıdılma, qapısına kilid vurma əməliyyatları dayandırılmaılıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA