Prezident akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri institutunun yeni binasının açılızında iztirak edib

img

22-05-2009 [03:19]


Prezident İlham Əliyev akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının açılışında iştirak edib. Binanın baş planı ilə tanış olan dövlət başçısına inşaat işləri haqqında məlumat verilib. Sonra prezident institutun yeni binasının açılışı lentini kəsib və bina ilə yaxından tanış olub. Dövlət başçısı akademik Zərifə Əliyevanın binanın foyesindəki büstünə baxıb, görkəmli oftalmoloq alimin xatirə muzeyi ilə tanış olub, institutun şöbələrini gəzib. İlham Əliyev institutun akt zalında kollektiv qarşısında çıxış edib. O, Azərbaycanda sosial istiqamətdə, o cümlədən səhiyyə sahəsində görülən işlərdən danışıb, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun kollektivini yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib. Sonda dövlətimizin başçısı institutun səyyar klinika maşını ilə də tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...