Nono Katamidze Bakıda cazsevərlərə iki gün konsert verəcək

img

22-05-2009 [02:04]


Mayın 30?da Azərbaycan Dövlət Filarmoniyasında cazla bağlı tədbir keçiriləcək. Sözügedən mədəniyyət ocağından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirin səbəbkarı Nino Katamidzedir. Qeyd edək ki, Nino Katamidze qonşu Gürcüstanın tanınmış sənətkarlarından biridir. Filarmoniyadan verilən məlumata görə, cazmen xanımın Azərbaycandakı konsert proqramı süprzlərlə zəngin olacaq. Onu da bildirək ki, Nino Katamidze Azərbaycanda bir deyil, iki gün konsert proqramı ilə çıxış edəcək. Amma mayın 31-i keçiriləcək konsert Bakının başqa konsert salonunda baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA